İdarəçinin əlavəsi :

Hörmətli Elm Qurdu izləyiciləri!

Artıq bu blogdan deyil, elmqurdu.com saytından fəaliyyətimizi davam etdirəcəyik. Bizi izləməyə davam edin!

15 Ocak 2015 Perşembe

Beynәlxalq Kosmik Stansiyada zәhәrli qaz sızıntısı


Beynәlxalq Kosmik stansiyada zəhərli qaz sızıntısı sәbәbilә amerikalı astronomlar özlərinə ayrılmış hissəni tərk edәrәk ruslara aid hissəyə keçmək məcburiyyətində qalıb.Rusiya Kosmik Dairəsi (Roscosmos) zəhərli sızıntının kosmik stansiyasının soyutma sistemindən qaynaqlandığını bildirib.Moskva və Houston'daki mütəxəssislərin əməkdaşlığı nәticәsindә,stansiyada çalışan üçü rus,ikisi amerikalı və biri italyan 6 nəfərlik ekipaj üzvü tәhlükәsiz hissәyә yerlәşdirilib.
Roscosmos sistemdəki bir sızıntı olduğundan söz edərkən,NASA internet üzәrindәn verdiyi açıqlamada amonyak sızıntısı olduğunu göstərən hər hansı bir konkret məlumat olmadığını,ancaq araşdırmaların davam etdiyini bildirib.
NASA spikeri Bob Jacobs,"Su döngüsü sistemindә bir artım gördük.Ardından kabinәdә,әn pis halda bir amonyak sızıntısına işarə edə biləcək bir artım təyin etdik.Mәhz bu səbəblə,bir tәrәfdәn hadisә tәrәfimizdәn araşdırılarkәn,digәr tәrәfdәn amerikalı qrupu kosmik stansiyanın rus hissәsinә çatdırdıq.Astronomlar bütün cihazları söndürdüyü üçün bu bir az çətin olacaq"-deyir.
TASS xəbər agentliyi,Amerika modulunda soyutma sistemində üçdə bir qədər amonyak qaldığını,geri qalanının çölə sızdığını bildirib.Agentlik,Roscosmos başçısı Oleq Ostapenko'ya əsaslanaraq,kosmik stansiyadaki vәziyyәtin hәlә dә araşdırıldığını vә bir tәxliyәdәn bәhs edilmәdiyini bildirib.

0 yorum:

Yorum Gönder