İdarəçinin əlavəsi :

Hörmətli Elm Qurdu izləyiciləri!

Artıq bu blogdan deyil, elmqurdu.com saytından fəaliyyətimizi davam etdirəcəyik. Bizi izləməyə davam edin!

17 Temmuz 2014 Perşembe

NASAdan Dünyadankənar ağıllı varlıqlar haqqında açıqlama

NASA—nın səlahiyyətli üzvləri ötən gün keçirdikləri mətbuat konfransında,kosmosda tək olmadığımızı və insanlığın 20 il içərisində yadplanetlilərin varlığından əmin olacağını açıqladı. Kainatdakı yadplanetliləri tapmaq üçün son texnologiyalardan yararıldığını bildirən NASA,Hubble, Kepler və Spitzer teleskoplarından əlavə 2017-ci ildə kainatda canlı axtarmaq üçün başqa bir teleskopun daha göndəriləcəyini vurğuladı.

Baltimore Space Teleskop idarəçisi Matt Mountain,5 il əvvələ qədər kainatda bu qədər çox yaşanabiləcək planetin varlığından xəbərdar olunmadığını və artıq hər ulduzun bir ədəd Dünyaya bənzər planeti olduğunun müəyyən olunduğunu bildirdi.Bu vəziyyəti kainatda canlı tapmaq üçün böyük şans olaraq görən alimlər,önümüzdəki dövrdə yadplanetlilərlə qarşılaşma şansımızı yüksək olaraq ifadə etdilər.
Həmçinin bizim də içində olduğumuz Süd yolu qalaktikasında təxminən 100 milyon planet olduğu məlumdur.Bu da insanlığın qarşısında az qala sonsuz fərqli Dünya ehtimalını gücləndirir

0 yorum:

Yorum Gönder