1687-ci ildə Sir Isaac Nyutonun "Hərəkət qanunları" adlı kitabında ifadə etdiyi kimi,əgər bir şey hərəkət edirsə və ona heç bir xarici qüvvə təsir etmirsə hərəkətinə sonsuza qədər davam edər.Dünyanın ilk dönüş hərəkətini necə qazandığı tam olaraq bilinmirsə də onu təsir edəcək əhəmiyyətli ölçüdə bir xarici qüvvə olmadığından dönüşünə uzun bir müddət daha davam edəcəyi qətidir.
Dünyanın dönüşünü niyə hiss etmirik?
Dünya öz oxu ətrafında saatda təxminən 1600 km,Günəş ətrafında isə təxminən 105.000 km sürətlə dönür. Yaxşı,bəs Dünya bu qədər sürətli hərəkət edərkən biz niyə bunu hiss etmirik?Əslində bu sualın cavabı olduqca sadədir.Dünya dönərkən içində olduğu bütün cisimləri və hava kütləsini də eyni sürətdə çevirir.Ətrafında olan göy cisimləri də çox uzağında olduğu üçün müqayisə edə bilmədiyimizdən Yerin fırlanmasını hiss edə bilmirik.
Dünya dönərkən səs çıxarırmı?
Atmosfer içində hərəkət edən hər şey kimi Dünya da hərəkəti əsnasında səs çıxardır.Insan qulağının eşidə bildiyi,səs 20 hz — 20 kHz intervalında dəyişir.Bu səbəblə biz ətrafda təbiət hadisələrindən qaynaqlanan səslərin çoxunu duymuruq. Dünya da dönərkən adi qulaqla eşidə bilməyəcəyimiz tezlikdə bir səs çıxarır.Dünyanın səsini eşitməyə çalışmaq, gecə yatarkən ağzımızın içindəki bakteriyaların səsini eşitməyə çalışmaq kimidir.
17 Temmuz 2014 Perşembe
Dünya və onun fırlanması
Kaydol:
Kayıt Yorumları (Atom)
0 yorum:
Yorum Gönder