Şimali Amerika üzərində şənbə gecəsi müşahidə olunması gözlənilən meteor yağışının gözlənildiyi kimi baş verməməsi astronomiya dünyasının bütün təxminlərini alt-üst etdi.Müşahidə olunması gözlənilən 200-dən çox meteordan çox azı gecə qaranlığında göründü.Bir kometanın parçasından ibarət Camelopardalis meteor yağışı, alimlər və həvəskar astronomlara gözlənildiyini verə bilmədi.Kanada,ABŞ və Meksikada şənbə günü ASİ 06.30 'da sıxlaşması gözlənilən meteor yağışı,buludlu səma və hava kirliliyi səbəbiylə görünmədi.Yenə də NASA'ya astronomiya həvəskarları tərəfindən həmin gecə səmada meydana gələn parlaq xətt və nöqtələrin şəkili göndərildi.Ancaq onlarla şəkil arasından sadəcə bir neçəsində meteor dəqiq görüntülənmişdi.
Uğursuzluqla nəticələnən müşahidələrin ardınca,alimlər özlərini müdafiə edərək, 2004-cü ildə kəşf edilən 209P/LINEAR kometasından nə gözləyəcəklərindən əmin ola bilməyəcəklərini dedi.ABŞ-ın Western Ontorio Universitetindən Paul Wiegert, "Meteor yağışlarının hava hadisələrindən bir o qədər də fərqi yoxdur. Necə baş verəcəklərini təxmin etmək asan deyil"-şərhini etdi.
Günəşin ətrafında 5 ildə bir dövr edən sönük bir kometa olan 209P/LINEAR, Yupiterin cazibə qüvvəsinin təsiriylə bu il Dünyanın orbitinə girmişdi.Arxasında quyruq kimi uzanan toz kütləsinin səmada yüzlərlə meteordan ibarət olan bir keçid yaradacağı ümid edilsə də,gözlənilən olmadı.Atmosferə saatda təxminən 58 min kilometr sürətlə girən meteorların çoxu, müəyyən olunmadan yox oldu.Camelopardalis meteor yağmurundan əvvəl 2013-cü ilin avqust ayında reallaşan Perseid meteor yağışı,atmosferə saatda 241 min kilometr sürətlə girən meteorlarla mükəmməl bir görüntü meydana gətirmişdi.Xatırladaq ki,Camelopardalis meteor yağmuru baş tutsaydı belə,ölkəmizdən müşahidə oluna bilməyəcəkdi.
Mənbə: Space.com

0 yorum:
Yorum Gönder