Astronomiya həvəskarlaının nəzərinə!
Əgər ulduzlara baxmaq,planetlər falan kəşf etmək istəyirsinizsə,biraz sakit olun,oturun bu yazını oxuyun :)
- Öncəliklə bunu bilməlisiniz ki,astronomiya biraz bahalı sahədir.Cihazların Bakıda olmadığını düşünsək,bizim üçün daha çox bahalı sayılır.Əgər marağınız varsa,teleskop yox ilk öncə binokl alın.Çünki binokl göy üzünü geniş göstərir.Heç ulduzları tanımayan və teleskopu idarə edə bilməyən bir insan çox çətinlik çəkəcək.
Binokl alarkən nələrə diqqət etməlisiniz?İlk öncə yaxınlaşdırma və linza ölçülərinə baxın.Məsələn götürək Celestron 15x70 -i.Bu binokl ilk başlayanlar üçün idealdır.Lakin onu alarkən tripod (stoyka) da almalısınız.Çünki cihaz ağırdır və əldə saxlamaq olmayacaq.İlk rəqəm,yəni 15 onun nə qədər yaxınlaşdırmağıdır.15 dəfə zoom sizə bəsdir.70 isə onun linzasının ölçüsüdür,yəni 70mm.O isə işıq toplama üçün idealdır.Şəhərdə işıq çirklənməsi çox olduğundan,bu ölçülərdən aşağı binokl məsləhət deyil.Çünki yaxşı müşahidə edə bilməyəcəksiniz.Bundan daha yaxşıları isə bahadır.
Celestron 15x70 |
Hə birdə,əgər almağı qərarlaşdırsanız,Amazon.com saytından alın.Düzdür bu saytdan Azərbaycana mal gəlmir.Ancaq geek.az dükanı var 28 mayda,oradan sifariş verə bilərsiniz.Mən ordan sifariş vermişdim.
0 yorum:
Yorum Gönder