İdarəçinin əlavəsi :

Hörmətli Elm Qurdu izləyiciləri!

Artıq bu blogdan deyil, elmqurdu.com saytından fəaliyyətimizi davam etdirəcəyik. Bizi izləməyə davam edin!

24 Nisan 2014 Perşembe

Asteroid təhdidi düşünüləndən daha çoxdur..


Rusiya’nın Çelyabinsk ve Murmansk şəhərlərində meteorid görünməsi, asteroid təhdidi haqqındaki müzakirələri yenidən qızışdırıb.Alimlər, 2000-2013 illəri arasında 26 meteorid partlaması yaşandığını açıqladı.
Çelyabinsk üzərində 15 fevral 2013 tarixində partlayan 500 kiloton TNT gücündəki meteoridin ardından həftəsonunda Rusiya’nın bir başqa kəndi Murmansk’da da meteorid görülməsi, asteroid təhdidini yenidən gündəmə gətirdi.
NASA’da işləmiş təqaüdə çıxmış astronavtların qurduğu B612 adlı dərnək 22 aprel tarixində qeyd edilən Dünya Günündə önəmli bir statistika açıqladı. Dünya’nı təhdid edən asteroidləri izləyən qrup 2000-2013 illəri arasında Dünya üzərində 26 nəhəng partlama yaşandığını dedi. B612'nin Nüvə Təcrübələrinə Dünyəvi Qadağa Razılaşması Birliyindən (CTBTO) əldə etdiyi məlumatlara görə, ən güclüsü 600 kiloton olan partlamaların hər biri bir nüvə partlamasından çox daha qüvvətlidir. Bununla müqayisə etsək, 1945-də Xiroşima’ya atılan ve on minlərcə insanın ölümünə səbəb olan atom bombasının gücü sadəcə 15 kiloton idi. Nüvə partlamasının yaşanıb-yaşanmadığını xüsusi siqnallar ilə izləyən CTBTO və astronavtların dediyinə görə atmosferə daxil olan asteroidlərin çoxu hiss olunmur.Bunun səbəblərindən biri, partlamaların atmosferin çox üst qatlarında yaşanması,digər səbəb, meteoridlərın böyük bir qisminin okeana düşməsidir.Ancaq keçən il atmosferə saatda 70000 km sürətlə daxil olan və Çelyabinsk’in 32-47 km üzərində partlayan meteorid, asteroidlərin atmosferin hər zaman yuxarılarında və ya okeanda partlamadığını göstərdi. 19 metr genişliyi olan meteorid üçün NASA astronavtı Ed Lu, “Kosmosda bir ölkəni hətta qitəni yox edə biləcək böyüklükdə meteoridlər var. Ancaq bu günə kimi edilən müşahidələrdə, Dünya’nı təhdid edən milyonlarca asteroiddən on minini belə ortaya çıxara bilmədik” ifadəsini işlətdi. 2002’də B612'nin qurucularından olan Lu, "Hal-hazırda Dünya’nın tək şansı şəhərləri yox edə biləcək meteoridlərın tamamilə şans işi olaraq hədəfi vura bilməməsidir’ deyə əlavə etdi. Yeni araşdırma haqqındaki məlumatları Seattle Uçuş Muzeyində açıqlayacaq B612 üzvləri, öldürücü asteroidlərin qarşısını almaq üçün düşündükləri ‘Sentinel Space Telescope’ missiyası haqqında da yeni məlumatlar verəcək. Qrup üzvləri Teleskop ilə Günəş şüalarını əks etdirərək asteroidlərin istiqamətini dəyişməyi və beləcə hədəfi Dünya olan asteroidləri təsirsiz etməyi planlaşdırırlar.Layihə uğurlu olduğu təqdirdə teleskopun 2018-də orbitə çıxarılması düşünülür

Tərcümə etdi: Rəşad A-zadeh
                                                    Mənbə: Space.com

0 yorum:

Yorum Gönder