İdarəçinin əlavəsi :

Hörmətli Elm Qurdu izləyiciləri!

Artıq bu blogdan deyil, elmqurdu.com saytından fəaliyyətimizi davam etdirəcəyik. Bizi izləməyə davam edin!

11 Şubat 2014 Salı

, , , , ,

GLIESE 581 G-də həyatın olma ehtimalı

     
       Dünyadan təxminən 20 işıq ili uzaqlıqdakı Gliese 581 G - çevrəsində çoxlu sayda planet olan bir ulduzun ətrafında yerləşir.Bu ulduz həyat ehtimalı ən yüksək olan planetləri öz yanında bərk-bərk saxlayır.Gliese 581G isə hələ ki bizim üçün ən yaxın və həyat ehtimalı ən çox olan planetdir.


Solda gördüyünüz Gliese 581 çox kiçik bir ulduzdur.Qırmızı cırtdan ulduz da adlandırılan,Günəşin yarısından da az kütləyə və  temperatura sahib olan bu tip ulduzlarda,yaşam zonası ulduza daha yaxın yerləşməlidir.Bu yaşam zonasına Goldilocks bölgəsi də deyilir [Bu haqda Goldilocks bölgəsi nədir? - məqaləmizdə oxuya bilərsiniz ]. Haqqında danışdığımız Gliese 581 G,ətrafında dövr etdiyi Gliese 581 ulduzuna olduqca yaxındır,təxminən 21milyon km.Dünyadan Günəşə qədər olan məsafənin 150 milyon km olduğunu xatırlasaq,bu o qədər də böyük məsafə deyil.

     
     Məsafənin azlığı və buna uyğun olaraq da ulduzla arasındakı cazibə qanunu səbəbi ilə,planetin bir üzü daima ulduza çevrilmiş şəkildədir.Buna cəzbetmə kilidi deyilir.Öz ulduzuna maye halda suyun varlığı üçün çox uyğun bir uzaqlıqda olmağına baxmayaraq,həmin o cəzbetmə kilidi (tidally locked) bütün işləri korlayır.Yəni planetin bir tərəfində daima gündüz,digər tərəfində isə gecədir.Bunun kimi vəziyyətlərdə ulduzdan gələn istiliyin homogen paylanması üçün planetin atmosferinin bir qədər qalın olmağı lazımdır.Bunun sayəsində isə qaranlıq üzdəki iqlim daha isti,işıqlı üzdəki iqlim isə daha sərin olur.Əks təqdirdə,nə işıqlı,nə də qaranlıq üzdə inkişaf etmiş həyat mümkün olmayacaqdır.Yenə də,planetin dövretmə vəziyyətilə bağlı olaraq,ulduza yaxınlaşıb-uzaqlaşmağından asılı bir şəkildə fəsil dəyişiklikləri müşahidə olunacaqdır.Bu dəyişiklikləri dünyanın daima isti olan ekvatorial bölgələrindəki illik dəyişikliklərlə eyniləşdirə bilərik.Gliese 581g , ulduzunun ətrafında 36 gündə dövr etdiyi üçün,dəyişikliklər bizdən daha tez baş verir.

Günəşin goldilocks bölgəsi ilə Gliese 581-in goldilocks-u arasındakı fərq.Mavi zolaq bu zonanı göstərir.

Ancaq cəzbetmə kilidi altındakı bir planet demək olar ki,dairəvi bir orbitə malik olduğundan,bu ehtimal olduqca kiçikdir.Gliese 581 g-yə çox uzun müddətlərdə mövsümi dəyişikliklərin olmadığı bir yer kimi baxa bilərik.Uzun sözün qısası,mövsüm dəyişikliklərinin yaşanmadığı bir planetdə həyatın necə təkamül etdiyini deyə bilmərik.Buna baxmayaraq,ən ilkin formada da bir həyatın olmağı üçün fəsil dəyişiklikləri məcburi deyil.Əgər maye halda su mövcuddursa,ilkin ya da inkişaf etmiş bir həyat mövcuddur.

   Ancaq dəqiq olaraq orada maye suyun olub olmadığını bilmirik.Günəş sistemindəki Venera və Merkuri də Goldilocks'dadır.Ancaq bu planetlərdə nə su var,nə də həyat.

Günəş sistemi və Gliese 581 sistemindəki ulduzların orbital məsafələrinin müqayisəsi

Hələ ki bizdə cəzbetmə kilidi altında olub üzərində həyat olan bir planet haqqında məlumatlar olmadığından,müqayisə predmeti kimi sadəcə dünya planetini götürə bilirik.Buna görə də,inkişaf etmiş həyat üçün fəsillərin,isti və soyuğun bölgüsünün,yaxud da uyğun atmosfer şəraitlərinin olması qənaətindəyik.


2 yorum:

  1. Bəs niyə KİV-də bu haqda məlumat bildirilmir?

    YanıtlaSil
  2. Siz hansı kiv-ləri izləyirsiniz.Elm saytlarında kifayət qədər deyilib.

    YanıtlaSil