İdarəçinin əlavəsi :

Hörmətli Elm Qurdu izləyiciləri!

Artıq bu blogdan deyil, elmqurdu.com saytından fəaliyyətimizi davam etdirəcəyik. Bizi izləməyə davam edin!

29 Aralık 2013 Pazar

, , , , , , , , , , , ,

Goldilocks bölgəsi nədir?

   Goldilocks bölgəsi - üzərində su saxlamaq üçün lazımlı atmosfer təzyiqinə malik olan planet üçün hər hansı ulduz ətrafında teorik olaraq mümkün olan bölgəni şərtləndirən termindir.Başqa sözlə buna "yaşamın sərhəddi" də deyirlər.Anlayışın mahiyyəti maye halda olan suyun yaşamın bütün formaları üçün önəmli olmasından və yer üzündəki həyat üçün əlverişli şəraitlərin birləşdiyi başqa planetlərin kəşf edilməsindən irəli gəlir.Ulduzlararası yaşam bölgəsini ulduzun ətrafındakı fəzanı çevrələyən kürə kimi düşünə bilərsiniz.Bu kürənin içindəki planetin səth temperaturu üzərindəki suyu maye halında saxlamağa imkan verir.

Yaşam bölgəsi (goldilocks) ümumi olaraq həyat üçün əlverişli bölgələri xarakterizə etmək üçün istifadə olunur.Kubalı astrofizik Guillermo Gonzalezin 1995-ci ildə ortaya atdığı hipotezə görə dünya Süd Yolu qalaktikasındakı mövqeyi etibarilə (sadəcə Yer kürəsi üçün yox,yaşam ola biləcək digər planetlər üçün də) qalaktik yaşam bölgəsidir.
Goldilocks planeti dünya kimi həyat şəraitlərinə malik olan planetdir.Ancaq hər hansı bir ekstrim şərait (asteroid hücumu,böyük vulakn püskürməsi və s.) bu planeti goldilocks bölgəsindən kənarlaşdırmaz.

Goldilocks sözü "Goldilocks and three bears" nağılından gəlir.Nağılın baş qəhrəmanı olan qız hər şeyi çox böyük-çox kiçik,çox isti-çox soyuq kimi qruplaşdırır və bunların ortasını tapmağa çalışır.Bizim bəhs etdiyimiz goldilocks bölgəsi də elə həyat üçün ortalama şərtlərdə yerləşir.Kepler süni peykindən gələn məlumata görə bizim qalaktikamız olan Süd Yolu qalaktikasında həyat üçün əlverişli 8.8 milyard  planet var.Bunlardan 54ü isə bu sahədə real namizədlərdir.

Bununla birlikdə,yaşam sərhədləri sabit deyildir.Planetlər ətrafında olduğu ulduzun təsiri ilə dəyişikliklərə məruz qala bilər (hətta dünya belə bir neçə milyard il sonra goldilocks bölgəsi olmayacaq.Səbəbi isə Günəşdə baş verəcək dəyişikliklərdir.).

Goldilocks bölgələri əvvəlcədən seçilmiş yerlər deyildirlər.Bu planetlər və ya ümumi olaraq kosmik ərazilər daxil olduqları ulduz sisteminin keçdiyi təkamül prosesi nəticəsində,fizikanın qanunauyğunluqları sayəsində yaranmışlar.Bu bölgələr istənilən ulduzun ətrafında ola bilər.Belə ki,ulduzlar nə qədər isti və parlaq olursa olsun,onun yaxın ətrafında çox yüksək temperatura malik planetlər yerləşir.Daha uzaqlarda isə getdikcə soyuma başlayır və ulduza yaxın yerlərlə uzaq yerlər arasında bir ortalama bölgə vardır.Bu ortalama bölgə həyat üçün əlverişli şəraitlərə malik ola bilər.

Sizə yaşam üçün ən əlverişli planetlərdən bəzilərini təqdim edirik.Adları belədir : Gliese 581g,Gliese 667Gg,Kepler-22b,HD 40307g,HD 85512b,Tau Ceti e,Gliese 163c,Gliese 581,Tau Ceti f.Bu planetlər haqqında aşağıdakı videodan öyrənə bilərsiniz:
Yaşanm üçün əlverişli planetlərdən danışarkən son olaraq bunu deyə bilərik ki,bu planetlər ən kiçik-dünyanın 2/3-si qədər,ən böyük-dünyadan 10 qat böyük ola bilər.Bunun səbəbləri isə atmosferin səthdə qalması,bərk zəminə malik olmaq və s.-dir.

Aşağıdakı şəkildə isə dünya ilə biraz öncə adlarını çəkdiyimiz Tau Ceti e və Tau Ceti f planetlərinin müqayisəsi aparılmışdır.













0 yorum:

Yorum Gönder