İdarəçinin əlavəsi :

Hörmətli Elm Qurdu izləyiciləri!

Artıq bu blogdan deyil, elmqurdu.com saytından fəaliyyətimizi davam etdirəcəyik. Bizi izləməyə davam edin!

29 Aralık 2014 Pazartesi

Yupiter - seriyanın beşincisi

Kütləsi ............................................................ 1,899×1027 kg (317,8 Dünya kütləsi)
Həcmi ............................................................. 1,431×1015 km3 (1321,3 Dünya həcmi)
Ekvatorial ölçüsü .................................................... 142.984 km (11.209 Dünya qədər)
Qütb ölçüsü ................................................. 133.709 km (10,517 Dünya qədər)
Basıqlıq ............................................................ 0,064.87
Səthi ............................................................... 6.14×1010 km2 (120,5 Dünya qədər)
Orbit sürəti............................................................ 35 km/sn
Dönmə periodu ..................... 0,413.538.021 gün (9 s 55 dəq 29.685 s)
Dönmə sürəti .................... 12,6 km/s = 45.300 km/h (ekvatorda)
Bucaq əyriliyi ............................................. 3,13°
Günəşdən orta uzaqlığı ................................... 778.412.027 km (5,203.363.01 AB)
Orta fırlanma sürəti ............................... 13,056 km/s
Maksimum fırlanma sürəti ............................... 13,712 km/s
Minimum fırlanma sürəti ............................... 12,446 km/s
Atmosfer təzyiqi ......................................................... 70 kPa
Səth temperaturu......................................................- 167°C
Peyklərinin sayı ...................................................................... 67



Yupiter planeti,Günəş Sisteminin uzaqlıq baxımından beşinci planetidir.Kütlə və ölçü baxımından isə sistemdəki ən böyük planetdir.İndi isə Yupiter haqqında bəzi təməl bilgilərə baxaq:

  • Yupiter planeti Günəş Sistemində ən böyük kütləyə və ölçüyə malikdir.Eyni zamanda kütləsi,digər planetlərin kütlələri cəmindən 2.5 dəfə çoxdur.
  • Öz ətrafında dönüş müddəti ən qısa olan planetdir.
  • Ən böyük maqnitosferə və ən güclü maqnit sahəsinə malikdir.
  • Günəş Sisteminin ən böyük və ən müxtəlif peyklərinə malikdir.

Yupiter planeti bu xüsusiyyətlərində görə adını ən böyük Roma tanrısı olan Yupiterdən alır.Planetin böyük bir qismi qazlardan meydana gəldiyinə görə 'qaz nəhəngi' olaraq adlandırılan planetlər sinifinə daxil edilir.Qazların % 99'unu Hidrogen və Helium meydana gətirir.Digər qazların faiz nisbəti: metan % 0,1,su buxarı %0,1,amonyak  %0,02,etan % 0,000.2,fosfin  % 0,000.1,hidrogen sülfat <% 0,000.10 . Bu qazların əmələ gətirdiyi maqnit sahəsi o qədər güclüdür ki,insanın ölməsi saniyələr belə çəkməz.

Yupiter planeti Günəş ətrafında fırlanmasını 11 il 315 gün,öz ətrafında fırlanmasını isə 9 saat 50 dəqiqədə tamamlayır.Əslində bu mövzu Yupiter planetinin digər maraqlı istiqamətlərindən biridir.Yupiter planetinin ekvatoru ilə qütblərinin dönüş sürətləri bir-birindən fərqlidir.Çünki bəhs edildiyi kimi Yupiter planeti bir qaz nəhəngidir və qatı səthi yoxdur.10 saat olaraq təyin olunan müddət Yupiter planetinin orta dönüş sürəti nəzərə alınaraq hesablanmış müddətdir.Yupiterin dönüş xüsusiyyətlərindəki fərqlilik ilk dəfə 1690-cı ildə Giovanni Domenico tərəfindən təsbit edilmişdir.Edilən təhlillərdə,Yupiterin qütb bölgəsinin dönüşü 9 saat 50 dəqiqədə tamamlanarkən,qütb bölgələrində dönüşün 5 dəqiqə daha gec tamamlandığının fərqinə varılmışdır.
Yupiter planeti ən erkən aşkar edilən bir neçə planetdən biridir.Üzərində ilk araşdırmalar 1610-ci ildə Galilei tərəfindən edilmişdir.Galilei bu araşdırmalarında eyni zamanda Yupiterin 4 peykini da kəşf etmişdir.Daha sonrakı illərdən bu günə qədər bir çox araşdırmaçı Yupiterin qaz komponentləri,ekvator və qütblərinin dönüş sürətləri və s. mövzularda bir çox araşdırma edib daha qəti məlumatlar əldə etmişlər.
1970-ci illərə qədər Günəş sistemi içərisində,yalnız Saturnun halqaları olduğu bilinməkdə idi.Ancaq Voyager 1 və 2 kosmik vasitələrinin əldə etdiyi görüntülərlə birlikdə 70-ci illərdə Yupiterin də halqarının olduğu aydın olmuşdur.Bu halqalar mikroskopik ölçülərdən meteor böyüklüyünə qədər parçalardan meydana gəlib və tərkibində su və amonyak mövcuddur.
Yupiter planetinin bilinən 67 təbii peyki vardır.Bunlardan ən böyük 4-ü İo, Europa, Ganymette və Callisto'dur.Bunlar eyni zamanda Galileinin kəşf etdiyi dörd peykdir.Bu günə qədər 8 kosmik cihaz Yupiterə yollanmışdır.Bunlar sırası ilə Pioneer 10 (1972), Pioneer 11 (1973), Voyager 1 (1979), Voyager 2 (1979), Ulysses (1992), Galileo (1995), Cassini-Huygens (2000) və New Horizons'dur.(Pluton 'a 2007-ci ildə gedərkən yalnız yanından ötüb keçmişdir).Eyni zamanda Juno adı verilən və yeni hazırlanmış kosmik cihaz 2016-cı iliin avqustunda planetə göndərilməyə hazırlanır.Bu peyklər ilə alınan şəkillər vasitəsilə Yupiter ilə əlaqədar əldə etdiyimiz məlumatlar həcmcə artıb.Infraqırmızı şüalarla edilən ölçmələr nəticəsində Yupiterin Günəşdən aldığı enerjinin 2.5 qatı enerji yaydığı aydın olmuşdur.Bu enerjinin qaynağı üçün qarşıya qoyulan ən məntiqli fərziyyə,planetin getdikcə büzüldüyü və enerjinin bundan irəli gəldiyidir.İndi isə hansı peykin hansı məlumatları bizə çatdırdığı ilə qısaca tanış olaq:





  • 1973-cü ilin sonunda Pioneer 10,1974-cü ilin sonunda isə Pioneer 11 Yupiterin yaxınından keçdilər.Bunun sayəsində Yupiterin fiziki xüsusiyyətləri haqqında məlumat sahibi olduq.Planetin kosmik şüa yaydığı müəyyən olundu.Yəni,yüksək enerjili elektron və aşağı enerjili proton yaydığı müəyyən olundu.Yerdən müşahidə oluna bilməyən qütb bölgələrinin fotoşəkilləri çəkildi.Böyük qırmızı ləkəyə bənzəyən fərqli ölçülərdə ləkələrə rast gəlindi.
  • 1979-cu ilin yanvarında Voyager 1,həmin ilin iyun ayında isə Voyager 2 Yupiterin yaxınından keçdilər.Voyager 1 ilə Yupiterdə də halqa sisteminin olduğu fərq edildi.Adrastea, Metis və Thebe peykləri kəşf edildi.İo'da vulkanların olduğu və İo'dan atılan hissəciklərin işıq sürətinin % 10-ı qədər bir sürətlə hərəkət etdikləri,beləcə isti plazma meydana gəldiyi aydın oldu.Voyager 2 ilə Yupiterin maqnit xəttinin Saturn planetinə qədər çatdığı hesablandı.Qırmızı ləkənin saat istiqamətinin tərsi istiqamətdə 6 günlük dövrlü döndüyü aydın oldu.
  • Ulysses, 1990-ci ildə kosmosa çıxdı.1992-ci ilin fevral ayında Yupiterin 450 min km yaxınlığından keçdi.2003-cü ilin noyabr,2004-cü ilin aprel aylarında da Yupiterin yaxınından keçdi.İo'nun quruluşu haqqında məlumat göndərdi.
  • Galileo proqramı ən əhəmiyyətli Yupiter missiyası hesab edilir.1989-cu ildə yola çıxan cihazda bir orbital və bir  atmosfer üçün hazırlanmış zond var idi.1994-cü ilin iyul  ayında Çəkməçi Levy kometasının Yupiter ilə toqquşmadan əvvəl və toqquşduqdan sonrakı fotoşəkillərini göndərdi.Bu zaman ərzində Yupiterdən 1,5 illik məsafə qədər uzaqda idi.7 dekabr 1995-ci ildə atmosfer zondu Yupiter atmosferinə girdi.Təxminən 1 saatlıq müddətdə verilənlər yığdı,atmosferi analiz etdi.Yupiter atmosferində helium, hidrogen və su buxarının olduğunu göstərdi.Galilei cihazı isə,2003-ci ilə qədər "həyatda qaldı".Io,Europa,Ganymede,Callisto, və Amalthea haqqında ətraflı məlumat yığdı.Yupiter halqalarının peyklərdən qopan parçalarla meydana gəldiyi aydın oldu.21 Sentyabr 2003-cü ildə Qaliley peyki,irəlidə ola biləcək həyati peyk vəzifələrində axsaqlığa gətirib çıxarmaması üçün planetə salındı.
  • Cassini-Huygens proqramı əslində Saturn üçün nəzərdə tutulmuş missiyadır.Ancaq Yupiter ilə bağlı da məlumat göndərmişdir.1997-ci ildə kosmosa çıxan bu vasitə sürətlənə bilmək üçün Yupiterin cazibəsindən yararlanmış və planetin yaxınından keçirilmişdir.2000-ci ilin son günlərində Yupiterin yaxınından keçərək məlumat toplamışdır.Bu sayədə Yupiterə aid yüksək keyfiyyətli şəkillər çəkilmiş,atmosferdəki fərqli rənglərdə görülən layların qaz sistemlərinin siklon sahələri olduğu aydın olmuşdur.
  • 2006-cı ilin yanvar ayında istifadəsinə başlanan New Horizons adlı kosmik cihaz Plutonu izləmək və ardından Kupier Qurşağı haqqında məlumat əldə etmək üçün göndərilmişdir.Cihaz sürətlənmək üçün Yupiterin yaxınından keçirilmişdir.Cihazda yüksək dəqiqlikdə fotoşəkil çəkməyi təmin edən sistem,UV spektrometri,plazma hərəkətlərini izləyən sistem var.Cihaz Yupiter ilə əlaqədar məlumatları Dünyaya göndərmiş və Plutona doğru yoluna davam etməkdədir.Plutona isə 2015-ci ilin iyun-iyul aylarında çatması planlaşdırılır.

  • Yupiter,1994-ci ildə alimlərə adətən rast gəlinməyən bir hadisəni yaşatdı.Çəkməçi Levy adlı kometa Yupiter ilə toqquşdu,daha doğrusu Yupiterə düşdü.Bu toqquşma nəticəsində Yupiterin xarici atmosferində su buxarının meydana gəlməsi,Dünyadakı həyatın bu şəkildə yaranmış ola biləcəyini söyləyən elm insanlarını ümidləndirdi.Yupiterin bu kütlədə olması Dünya üçün bir şansdır.Dünya ilə ola biləcək toqquşmaların böyük bir qisiminin qarşısını Yupiter alır.Belə ki,Dünyaya doğru gələn göy cisimləri Yupiterin cazibə qüvvəsi səbəbilə istiqamətini dəyişirlər.
    Aşağıdaki şəkildə Çəkməçi Levy kometasının Yupiter ilə toqquşmasını görə bilərsiniz.


    Yupiter gecə,açıq səmada,adi gözlə görülə bilən ən parlaq üçüncü planetdir.

    Fırtınaları sadəcə Dünyaya aid sanmayın.Yupiterdə Dünyadakindan qat-qat böyük və illərlə davam edən fırtınalar baş verir.

    Son illərdə aparılan araşdırmalar nəticəsində Yupiterin qırmızı ləkəsinin kiçildiyi məlum olub.Bunu aşağıdaki şəkildən də görə bilərsiniz.

    Həmçinin Yupiterin peyki Europa haqqında yazdığımız Yupiterin peyki Europada həyat izləri və Europada həyat axtarışları uğurlu nəticələndi məqalələrini oxumanızı tövsiyə edirik.

    Günəş sistemi seriyasının digər planetlərinə baxmaq üçün buraya klik edin.






    0 yorum:

    Yorum Gönder