İdarəçinin əlavəsi :

Hörmətli Elm Qurdu izləyiciləri!

Artıq bu blogdan deyil, elmqurdu.com saytından fəaliyyətimizi davam etdirəcəyik. Bizi izləməyə davam edin!

16 Temmuz 2014 Çarşamba

Qara dəlik Yupiterdən 15 dəfə böyük planeti uddu

Dünyadan 47 milyon işıq ili uzaqlıqdakı bir qalaktikada olan qara dəliyin,Yupiterdən 15 qat böyük bir planeti udduğu müşahidə edildi.
İsveçrənin Cenevrə Universitetindən olan elm adamları, 47 milyon işıq ili uzaqlıqdakı NGC 4845 adlı qalaktikada bir qara dəliyin, bir planeti udmasına şahid olduqlarını açıqladı.
Avropa Kosmik Agentliyinin (ESA) peyki INTEGRAL vasitəsilə və NASA—nın yardımı ilə müşahidə olunan bu fövqəladə hadisədə, Günəşdən təxminən 300 min qat daha böyük olan bu qara dəliyin, "super Yupiter" kateqoriyasına daxil olan bir nəhəng planeti udduğu ifadə edildi.
Astronomlar, ən son 30 il əvvəl hərəkətliliyin yaşandığı qara dəliyin "yuxusundan oyanaraq" planeti udduğunu söyləyir. Cenevrə rəsədxanasından Roland Walter, qara dəliyin planeti "udma" prosesinin üç aylıq bir zaman müddətində davam etdiyini bildirərək, "İlk dəfə bir qara dəliyin belə bir nəhəng planeti udma mərhələlərinin hamısını görə bildik" dedi.
20-30 ildir sakit idi
Bu həyəcan verici hadisə ilə əlaqədar "Astronomiya və Astrofizik" adlı jurnalda məqalə yazan Polşalı astronom Marek Nikolajuk, "20 - 30 ildir sakit dayanan bir qalaktikada belə gözlənilməz bir hərəkətlənmənin elm ictimaiyyətini təəccübləndirdiyini bildirdi. Nikolajuk,bizim qalaktikamız Süd yolunda da bənzər bir qara dəlik hadisəsinin reallaşma ehtimalının olduğunu söylədi.

0 yorum:

Yorum Gönder