Bunu bir neçə mərhələyə bölərək daha sadə izah etməyə çalışacağıq.
İlk mərhələ, 10*14 il davam edir.Kainatın əsas maddəsi (əvvəlcə hidrogen, sonra isə heliumun yanması hesabına) ulduzlarda tükənir.Hidrogen-helium yanacağı qurtardıqdan sonra,növbə ilə daha ağır elementləri yanır və ulduz öz fəaliyyətini dayandırır. Müxtəlif ulduzlarda bu proses müxtəlif sürətlə getsə də, 10*14 il ərzində bütün ulduzlar sönür.
Növbəti mərhələdə, sönmüş ulduzlar qravitasiya qarşılıqlı təsir hesabına yaxınlaşmaqla kinetik enerjilərini biri-birinə verir.Əlavə enerji alan ulduzlar qalaktikanı tərk edir.Ona görə də bu mərhələ qalaktikaların "ulduz buxarlanması" mərhələsi adlanır.Enerjisini itirən ulduzlar isə qalaktikanın mərkəzinə yığılır.Nəticədə, qalaktikanın mərkəzində ifrat kütləli qara dəlik yaranır.
Kainatın yaşı 10*18 il olduqda protonlar dağılmağa başlayır,onun yaşı 10*30 il olduqda isə bu dağılma başa çatır.Kainat tədricən elektron-pozitron qazı, neytrino və fotonlarla dolur.Hesablamalara görə bu proses 10*100 il davam edəcək.
Kainatın sonuncu mərhələsi qara dəliklərin kvant "buxarlanması" mərhələsi adlanır.
Qeyd edək ki, Kainatın orta sıxlığı dəqiq məlum olmadığına görə onun taleyini müəyyən edən istiqaməti seçmək çətindir. Ona görə də Kainatın gələcəyi haqqında mülahizələrdə əvvəlki yazılarımıza bəhs etdiyimiz iki istiqamət nəzərə alınır. Kollapsdan sonra Kainatda nə baş verəcəyi də açıq qalır. Yəni yenidən Böyük partlayış olub-olmayacağı elmi sübutunu hələ ki, tapa bilməyib.

0 yorum:
Yorum Gönder