İdarəçinin əlavəsi :

Hörmətli Elm Qurdu izləyiciləri!

Artıq bu blogdan deyil, elmqurdu.com saytından fəaliyyətimizi davam etdirəcəyik. Bizi izləməyə davam edin!

10 Haziran 2014 Salı

Dreyk tənliyi - kainatda Dünyaya bənzəyən,bizimlə əlaqə qurmaq ehtimalı olan sivilizasiyaların sayı



Dreyk tənliyinə əsasən sadəcə Süd yolunda 100,000,000,000 ; bütün kainatda isə 50,000,000,000,000,000,000,000 yaşama uyğun və Dünyaya bənzəyən planet mövcuddur.
Yaxşı,bəs Dreyk tənliyi nədir?
Dreyk tənliyi - kainatda Dünyaya bənzəyən,bizimlə əlaqə qurmaq ehtimalı olan sivilizasiyaların sayını hesablamaq üçün 1961-ci ildə Franke Dreyk tərəfindən təqdim olunan riyazi formuldur.
Formul aşağıdakı kimidir:
 

burada,
N — əlaqəyə girməyə hazır olan sivilizasiyaların sayı;
R — il ərzində bizim qalaktikada yaranan ulduzların sayı;
fp — planetləri olan ulduzların xüsusi çəkisi;
ne — sivilizasiyanın yaranması üçün müvafiq şəraitə malik olan planetlərin və peyklərin sayı;
fl — müvafiq şəraitə malik olan planetdə həyatın yaranması ehtimalı;
fi — həyat olan planetdə şüurlu varlıqların yaranma ehtimalı;
fc — əlaqəyə hazır olan və əlaqəyə girmək istəyən şüurlu sakinlərə malik planetlərlə, şüurlu sakinləri olan planetlərin sayına nisbəti;
L — bu sivilizasiyaların ömür müddətidir.
Hesablamalara görə,ulduzların 20%-ı planet sisteminə malikdir.Planet sistemi olan ulduzların neçəsində həyat vardır? sualına isə belə cavab verə bilərik:Bunu öz Günəş sistemimizi əsas götürərək cavabsaq, 3 planetin həyat üçün lazımlı şərtləri təmin edə biləcəyini söyləyə bilərik; Dünya, Mars və Venera.Və həmçinin,Yupiterin və Saturnun peyklərinin bir ya da bir neçəsinin da həyat üçün lazımlı şərtləri təmin edə bilmə ehtimalı vardır.Yəni Bizim Günəş sistemi üçün 3 və ya 5 deyə bilərik.Biz 3 deyək hələlik.Üzərində həyat olan planetlərin 50%-da təkamül keçirmiş canlıların olduğu düşünülür.Ağıllı həyat isə onların 20%-da vardır.Onların 10-20%-ı ünsiyyət vasitəsindən istifadə edir.Qalaktikalrda ünsiyyət qura bilən sivilizasiyaların sayı isə 2400-ə bərabərdir.Bəlkə də Dreyk belə bir tənlik təklif etməsəydi,bu tipli yüzlərlə sualımız cavabsız qalardı..
Mənbələr:WiKi - Drake equation,Cosmos - Space Time Odyssey,Space.com,Uzaysitesi

0 yorum:

Yorum Gönder