İdarəçinin əlavəsi :

Hörmətli Elm Qurdu izləyiciləri!

Artıq bu blogdan deyil, elmqurdu.com saytından fəaliyyətimizi davam etdirəcəyik. Bizi izləməyə davam edin!

25 Mayıs 2014 Pazar

SSRİ-nin kosmos itləri



1950-ci və 60-cı illərdə SSRİ orbitaltı və orbit kosmos uçuşlarında insanlı uçuşların mümkün olub-olmayacağını müəyyən etmək üçün bir çox itdən istifadə etdi. Bu dövrdə SSRİ-nin kosmosa göndərdiyi vasitələrin ümumi tutumu ən az 57 itə çatacaq qədər idi, amma bəzi itlər birdən çox dəfə kosmosa göndərildiyi üçün əslində uçuş həyata keçirənlərin sayı daha azdır.
Elm insanları itlərin uzun müddət hərəkətsizliyə öyrəşdiklərini düşünərək onları bu vəzifələr üçün ən uyğun heyvanlar olaraq seçdi.Təlimlərinin bir hissəsi kimi itlər 15-20 gün ərzində kiçik qutularda tutuldu.Kosmos uçuşlarının həddindən artıq ağır şərtlərinə daha çox dözə biləcəkləri düşünüldüyü üçün evlərdə yaşamağa alışmış itlərdən çox küçə itlərinə üstünlük verildi.Xasiyyətləri və nəcisi yığmaq üçün istifadə olunan alət yalnız dişilərdə çalışdığı üçün uçuşlarda yalnız dişi itlər istifadə edildi.

Dezik və Tsıgan 1951-ci ildə kosmosa uçan ilk itlər oldu.Layka isə 1957-ci ildə orbitə çıxan ilk it oldu.

Layka və uçuş zamanı geydiyi geyim


İtlərin saxlanıldığı modul

Laykanın şərəfinə Ruminiyada istehsal olunmuş pul (1957)


Veterok və Ugolyok kosmos itlərinin şərəfinə istehsal olunmuş SSRİ pulu


Mənbələr:
  1.  dogsinthenews.com.
  2. Space Dogs: Pioneers of Space Travel (yazıçı - Chris Dubbs)
  3. Lei Michel stamp catalogue
  4. "Russia in Space" exhibition (Airport of Frankfurt, Germany, 2002)
  5. Number 3378 in the Soviet catalogue







0 yorum:

Yorum Gönder