Rusiya Kosmos Agentliyinin səlahiyyətli nümayəndəsi Sergei Krikalyov'a görə yeni kəşf edilən vulkanik tunellər onlar üçün təbii qoruma sahəsi meydana gətirə bilər.
Elm adamları Ayın keçmişdə vulkanik lavalardan ibarət olan bir yeraltı şəbəkəsinə sahib olduğunu söyləyir.
Krikalyov,Aydakı mağaraların təmin edəcəyi üstünlüklərdən isə belə bəhs edir:"Ayın radiasiyadan və meteor yağmurundan qorunmağı təmin edəcək mağaraları varsa,Ay daha əvvəl olmadığı qədər cazibədar bir çatış mənzilimiz olacaq"
İNSANLI UÇUŞLAR 2030-DA BAŞLAYACAQ
Moskva Universiteti və müxtəlif təşkilatların ortaq şəkildə iştirak etdiyi proyektdə, Rusiyanın 21-ci əsr içində Aya yerləşməyi və Aydakı qiymətli mənbələrin istifadə edilməsi vurğulanır.Russia Star City başçısı Boris Kryuchkov,ilk Ay koloniyasının 2030-ci ilə qədər qurula biləcəyini açıqladı.Həmçinin,Moskvanın Ay Proqramını Luna-Glob araşdırmasıyla bu il(2014)
başladacağı düşünülür.Rusiya, tək başına bir ölkənin belə bir işi həyata keçirə bilməsinin çox çətin olduğunu düşünür və güclü beynəlxalq əməkdaşlıqların olacağına inanır.Plana görə Rusiya 3-4 illik addımlardan ibarət olan gələcək 16 ili əhatə edən bir paket hazırladı.2025-ə qədər olan dövrdə Ayın cənub bölgəsinin fiziki və kimyəvi quruluşu təyin olunacaq.Gələcəkdə inşa ediləcək daimi baza üçün yer təsbit ediləcək.Kosmik cihaz xidmətləri isə 2028-2030 tarixlərində keçiriləcək.Insanlı Ay səfərləri 2030-cu ildə başlayacaq.
OKSİGEN VƏ SUYA TAM ZƏMANƏT VERİLMƏLİDİR
Kryuchkov,Ayda koloniya qurmazdan əvvəl edilməli hazırlıqların bir hissəsini isə belə açıqlandı:
" Ayda atmosfer yoxdur və cazibə qüvvəsi də çox aşağıdır.Ay səthində çox soyuq olan yerlərdə su da var.Insanlı kəşf gəzintiləri və Ay stansiyaları haqqındakı suallara gəldikdə isə su qaynaqlarının stansiyaların oksigen və su ehtiyaclarının qarşılayıb-qarşılamayacağı hələ bilinmir.Həmçinin,bu su raket yanacağı olaraq istifadə edilmək üzrə hidrogenə çevrilə bilməlidir.Hal-hazırda gələcəkdə Ayın kəşfi üçün aparılacaq hidroloji işlərə daha önəm veririk. "
ALÜMİNİUM,DƏMİR VƏ TİTAN VAR
İzvestia qəzetinə görə ilk 4 illik iş üçün 28,5 milyard rubl (800 milyon dollar) xərc nəzərdə tutulur. Moskva, Sovetlər Birliyi dövründə 1959-cu ildə "Luna" proqramını başlatmış və ABŞ 10 il aradan sonra kosmosa ilk insanı göndərmişdi.Ayda alüminium, dəmir titan, nadir torpaq elementləri və digərləri kəşf edilmişdi.
Həmçinin, bir çox rus mənbələrində,illər öncə NASA astronomlarının Ay'da yeriməsini hələ də qəbul etməyən Rusiyanın bunun üçün əks dəlillər belə tapacağı deyilir.Maraqlısı isə odur ki,Rusiya bu qərarı verməzdən bir müddət əvvəl NASA Ay'ı bombardman etmişdi.Yaxın zamanlarda Ay'a kosmik cihazların çıxarılması da düşünülür..
0 yorum:
Yorum Gönder