İdarəçinin əlavəsi :

Hörmətli Elm Qurdu izləyiciləri!

Artıq bu blogdan deyil, elmqurdu.com saytından fəaliyyətimizi davam etdirəcəyik. Bizi izləməyə davam edin!

6 Mayıs 2014 Salı

Marsda həyat ilə bağlı mübahisələr yenidən gündəmə gəldi

Marsda həyat ilə bağlı mübahisələr yenidən gündəmə gəldi.
Araşdırmaçılar kosmik qaya içindəki fərqli quruluşların yüzlərcə il öncəsində Marsda bioloji fəaliyyətlərin olduğuna dair bir işarə ola biləcəyini bildirdi.
NASA'nın Johnson Kosmik Mərkəzində araşdırmaçı olan və 18 il əvvəl də Marsdaki eynitipli qaya üzərində araşdırma aparan Everett Gibson,NBC News'da belə dedi: "Bunun bu böyük sualı cavablamada çox önəmli bir vasitə olacağını bilirik:Marsda həyat varıydı mı?"
Ancaq son araşdırmalarda da bu böyük sualın cavabının tapılmadığını açıqlayan Gibsob belə əlavə edir:"Ortaya çıxıb Marsda həyat işarəsi tapdıq deyəcək deyilik."

Mikroskopik quruluşlar
Gibson və qrupu 2000-ci ildə Antraktida'da bir Yapon qrup tərəfindən tapılan Yamato 000593 adlı 13.5 kiloluq bir asteroidin içindəki mikroskopik quruluşlara diqqət etdi.Daşın quruluşunun araşdırılması göstərdi ki,Marsda 1.3 milyard il öncə yaranmış və Qızıl Planetdəki su ilə əlaqədar dəyişmişdir.Elm adamları daşın kosmik bir təsir ilə kosmosa atıldığını və son 10.000 il ərzində Dünyaya düşdüyünü bildirirlər.
Astrobiology jurnalının 2014ün fevral ayına olan buraxılışında,NASA JİL'da Lauren White'nın başçısı olduğu qrup asteroidin içinə doğru gedən mikroskopik tunelləri və daşın qatlarında yatan karbon baxımından zəngin mineralları açıqladı.Qrup, bu quruluşların daşın bioloji mərhələlər səbəbilə antik bir aşınma keçirdiyini göstərdiyini dedi.



Gibson belə deyir:"Əgər bu Dünyadaki okeanlardan gəlmiş olsaydı, bu daşın mikrobik fəaliyyətlər nəticəsində aşındığını deyərdik."
Şəkildəki qırmızı dairə karbon baxımından zəngin olan qismi,mavi olan isə asteroidin normal qismini göstərir.
Araşdırmaçılar hər iki halda da karbondan zəngin olan hissələrin bioloji mərhələlər nəticəsində yaranma ehtimalının da mümkünlük dərəcəsini vurğulayırlar.Ancaq araşdırmaçılara görə biogenetik deyilən, Yerə aid nümunələrdəki səth və daxili xüsusiyyətlərin oxşarlığı, Marslı nümunələrdəki xüsusiyyətlərin də canlı fəaliyyətlər ilə əlaqəli olma şansının da olduğunu deyirlər.
Yenidən yaranan mübahisələr
1996da ALH84001 adlı başqa Marslı asteroid haqqında da bənzər sözlər deyilmişdir.O vaxt,alimlər kimyəvi analizlər və nanofosil olaraq adlandırdıqları qurdabənzər varlıqların Marsda bir zamanlar həyatda olduğuna dair fikirləri dəstəklədiyini demişdi.Bu fikir xeyli həyəcan yaratdı,amma digər alimlər var olan xüsusiyyətlərin gerçəkdə bioloji olmadığl mövzusunda israr etdi.Nəticədə, "Marsda həyat" iddiaları bir elmi bilinməzliyə çevrildi.
O zamandan bəri,Gibson və ALH84001 haqda aparılan araşdırmalarda yer alan digər mütəxəssislər inancları üçün daha çox sübut toplamağa çalışır.White,qrupa 2007ci ilin yaz aylarında qatıldı və ondan Yamato 000593ü yaxından araşdırması istəndi.White,"Kim belə bir şeyi rədd edə bilər ki?" deyir.
Mikro tunellər və kürəciklər White'ın təkbaşına cavablaya bilmədiyi bir suala çevrildi və digər mütəxəssislər ilə birlikdə bunların Dünyada bioloji mərhələlərdən təsirlənərək yaranan geoloji formalara oxşarlığını axtarmağa başladı.Əsas məqsəd,bunların Dünyada yaranmaqdan çox,Marsda meydana gəlmiş fəaliyyətlərin nəticəsi olduğunu göstərmək idi.White bu haqda belə dedi:
"Bunlar hər nədisə Mars mənşəli olduqlarını düşünürük."
NASA'da çalışan və ALH84001 üzərindəki mübahisələrin mərkəzində olan David McKay araşdırmanın yazarlarından biri idi.McKay 2013də ürək problemləri səbəbilə ölmüşdü.Sağlığı ilə bağlı yaşadığı problemlər onun işini daha da qarmaşıqlaşdırmışdı.Sözlərinə davam edən White:"McKay öldüyü gün belə bu iş üzərində çalışırdı.Həyat yoldaşına araşdırmanı yayımlayacağıma söz verdim,çünki McKay üçün bu işin davam etdirilməsi çox önəmli idi."

Şübhələr artır
Planet üzərində çalışan alimlərin çoxu Marsın daha öncələr indikindən isti,sulu,Dünyaya bənzər və yaşam daha əlverişli olduğunu qəbul edir.Eyni zamanda antik Marsda bir zamanlar həyat varıydısa,Qızıl Planetdən gələn daşların üzərində karakteristik izlər daşıdığını söyləmək düzgün olar.Ancaq Astrobiology jurnalında dərc olunan sübutlar mübahisələri sona çatdıracağa bənzəmir.
NASA Ames Araşdırma Mərkəzində (AAM) kosmik bioloq olan və David McKay ilə heç bir qohumluğu olmayan Chris McKay,NBC News'a atdığı e-maildə belə deyir:"Elm dünyasının bir bioloji səbəbdən olduğunu isbat etməyə yetərli bir bənzərlik tapacağını düşünmürəm."
Gibson,Marsda həyat mövzusunun bağlanmasına hələ çox olduğunu deyərək əlavə etdi:"Tənqidlərimiz var və elm belə işləyir."
Gibson və qrupu daha ətraflı kimyəvi analiz üçün tapdıqlarını izləməyə başladılar.Gibson isə belə deyir:"İkinci addım olaraq oraya getməli və bu karbon molekullarını ayırmalıyıq."
NASA'nın Curiosity adlı kosmik robotu Marsda təbii karbon izləri axtarır.Ancaq bu böyük suala cavab tapmaq üçün böyük ehtimalla Marsdan yeni daş nümunələri gətirmək və Dünyada onları anaiz etmək lazım gələcək. Bu iş on il ,ya da daha çox zaman alacaq.Gibson sözlərini belə bitirdi:"O vaxta qədər,əlimizdəki ən yaxşı və əlverişli şeyi istifadə etməmiz lazımdır:Marsdan gələn daşları.."


                                  Tərcümə edən : Reşad A-zadeh (Elm Qurdu)
                                  Mənbələr : NBC News , Nature , ÇMB

0 yorum:

Yorum Gönder