İdarəçinin əlavəsi :

Hörmətli Elm Qurdu izləyiciləri!

Artıq bu blogdan deyil, elmqurdu.com saytından fəaliyyətimizi davam etdirəcəyik. Bizi izləməyə davam edin!

30 Aralık 2013 Pazartesi

, , , , , , ,

La Superba ulduzu

      Adi gözlə görülə bilməyən,ancaq durbinlə və teleskopla görülə bilən bu ulduz La Superba adlanır.Elmi adı isə Y Canum Venaticorumdur.La Superbanın kütləsi Günəşin kütləsindən 3 dəfə,diametri isə 215 dəfə çoxdur.Hiss elədinizsə biraz "şişkin"dir və bunun nəticəsi olaraq səth temperaturu Günəşinkindən az,yəni 2500 dərəcədir.Ancaq böyük olduğuna görə Günəşdən 4400 dəfə çox aydınlatma gücünə sahibdir.Bizdən 700 işıq ili uzaqlıqda yerləşən bu ulduzun belə qırmızı görsənməsinin səbəbi "karbon ulduzu" deyə adlandırılan bir ulduz qrupuna daxil olmasıdır.

   Qırmızı qiqantlar nüvələrindəki bütün hidrogeni yandırdıqdan sonra heliumu yandırmağa başlayar.Heliumdan sonra isə Karbonu yanma reaksiyası gedər.Yanan karbonun bir qismi isə atmosferə saçılaraq bizdən belə gözəl görsənməyinə səbəb olar.Karbonun bir xüsusiyyəti də mavi işığı sovurmağıdır.Buna görə də ulduzdan əks olunan mavi işıq bizə itib,qırmızı işıq dalğaları ilə gəlib çatar.Nəticədə  karbon ulduzları bizə La Superba kimi qırmızı və parlaq görsənər.

   La Superba qarşıdakı milyon illər ərzində xarici təbəqəsini fəzaya atıb yavaş yavaş bir planet buluduna çevriləcəkdir.Bütünlüklə hidrogen və heliumdan təşkil olunmuş nüvəsi isə artıq enerji yaratmağı dayandıraraq temperaturu çox yüksək olan,dünya böyüklükdə bir "ağ cırtdan" ulduza çevriləcəkdir.Sonrakı milyon illər ərzində isə bu ağ cırtdanın ətrafındakı bulud dağılacaq və bu görkəmli ulduz La Superba ağ cırtdan ulduz şəklində soyuyub kainatın dərinliklərində öləcək.

0 yorum:

Yorum Gönder