İdarəçinin əlavəsi :

Hörmətli Elm Qurdu izləyiciləri!

Artıq bu blogdan deyil, elmqurdu.com saytından fəaliyyətimizi davam etdirəcəyik. Bizi izləməyə davam edin!

Goldilocks etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Goldilocks etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

16 Şubat 2014 Pazar

, , , , , ,

Günəş bənəzri ulduzun ətrafında kəşf olunan planetlər

   
       ESO 6 illik çalışmadan sonra Messier 67 ulduz qrupunda 3 yeni planet kəşf etdi.Bu həm də bir ilk sayılır.Belə ki, bunlar,günəş bənzəri bir ulduzun ətrafında kəşf olunan ilk planetlər hesab olunur.

      Eso'nun (European Southern Observatory) Çilidəki "planet ovçusu" HARPS cihazı vasitəsilə ( High Accuracy Radical Velocity Planet Searcher) 3 yeni planet kəşf olundu.Günəş sistemindən kənarda indiyə qədər minlərlə planet kəşf olunsa da,bunların çox az bir qismi ulduz qruplarında yerləşir.Bu yeni ekzo-planetlərdən biri günəşin əkizi sayıla biləcək bir ulduzun ətrafında dövr edir.Belə ulduzlar Günəşlə eyni xüsusiyyətlərə sahibdirlər.

   Günəş sistemindın kənardakı planet sistemlərinin saylarının çox olduğunu artıq bilirik.Tapılan ekzo-planetlər yaşları,kimyəvi quruluşları və fəzadakı paylanmaları baxımından fərqli xüsusiyyətlərə malik ulduzların ətrafında dövr edirlər.Lakin indiyə qədər ulduz qruplarının daxilində bir neçə planetdən başqa bir şey tapmaq mümkün olmamışdı.

HARPS cihazı


   Mütəxəssislər La Silla Rəsədxanasındakı ESO`nun 3.6 metr linzalı teleskopunda yerləşdirilmiş HARPS planet tədqiqatçısı cihazından istifadə etdilər.Alınan nəticə digər teleskoplar vasitəsilə də təsdiqləndi.Messier 67 ulduz qrupundan seçilən 88 ulduzun ətrafında planetin olub olmadığı 6 il ərzində ən xırda elementlərinə qədər tədqiq olundu.



La Silla Rəsədxanası..Səmada qalaktikamızın necə aydın göründüyünə diqqət edin.
     Messier 67 bizdən təxminən 2500 işıq ili uzaqlıqda yerləşir.Yəni işıq sürətilə hərəkət etsək belə,biz oraya 2500 ilə çata bilərik.Ancaq nəinki işıq sürəti,heç işıq sürətinin mində biri qədər də sürətə çata bilməmişik [İşıq sürəti və işıq ili haqqında İşıq ili nədir? - məqaləmizdən oxuya bilərsiniz].Bu ulduz qrupu Xərçəng bürcündə yerləşmiş olub,500-ə yaxın ulduzdan ibarətdir.Burada yerləşən bir çox ulduz planet araşdırması üçün sönükdür.Ona görə də bu prosesi son illərdə astronomlar tərəfindən görülən ən əziyyətli iş də adlandıra bilərik.

    Araşdırmalarda kəşf olunan 3 planetdən 2-si Günəş bənzəri ulduzun,digəri isə daha böyük olacaq şəkildə təkamül etmiş qırmızı giqant ulduzun ətrafında hərəkət edir.İlk 2 planet Yupiterin 3-də 1-i qədər kütləyə sahibdir və ulduzlarının ətrafında müvafiq olaraq 7 gündə və 4 gündə dövrlərini tamamlayırlar.Yupiterdən daha ağır olan 3-cü planet isə 1 dövrünü 122 günə tamamlayır.

    Bu 3 planetdən ilk 2-si "isti Yupiter" sinfinə aiddir.Ölçülərinə görə Yupiterlə çox oxşardırlar,ancaq ulduzlarına daha yaxında yerləşdiklərinə görə daha yüksək temperatura malikdirlər.Planetlərin 3-ü də ulduzlarına suyun maye olaraq mövcud ola biləcəyi Goldilocks bölgəsində [Bu haqda Goldilocks bölgəsi nədir? - məqaləsindən oxuya bilərsiniz]  yerləşir.Lakin ölçüləri insan üçün həddindən artıq böyük olduğu üçün bizim oraya yaxınlaşmağımız belə faciəyə səbəb olacaqdır.Belə ki,bir cismin çəkisi nə qədər çoxdursa,onun cazibə qüvvəsi də bir o qədər çoxdur.Yəni o planetlər (ki burada quru parçasının olduğu ehtimal olunmur,yalnız qazlardan ibarətdirıər) daha böyük canlıların təkamül etməsi üçün daha uyğundur.Belə deyək ki,o planetlərdə insan nəinki əlini qaldırmaq,heç göz qapaqlarını belə qaldıra bilməz.




                                                   Mənbə:  ESO

26 Ocak 2014 Pazar

, , , ,

Həyatın mümkün olduğu planet ---- Kepler 22-b


  Kepler 22-b dünya ilə bir çox ortaq xüsusiyyətlərə sahibdir.Bizim Günəşimizə oxşar bir ulduzun ətrafında fırlanır.Ulduza olan uzaqlığı dünyadan Günəşə qədər olan məsafəyə yaxındır.Ulduzu ətrafında 1 tam dövrəni 290 günə tamamlayır.Üzərində su və qayalıqlar olması ehtimalı var.

  2011-ci ilin dekabrında NASAdan bir açıqlama gəldi.Astronomiyada Goldilocks bölgəsi,yəni yaşam sərhəddi olaraq bilinən bölgə - bir ulduzun ətrafındakı həyat göstəriciləri olan normal istilik,atmosfer və maye halında qala biləcək suyun olduğu planetlər və ya peyklərdir[Goldilocks haqqında Goldilocks bölgəsi nədir? məqaləsindən oxuya bilərsiniz].Bu bölgədə yeni bir planet  Kepler 22-b kəşf olunduğu açıqlandı.Əslində bu planet 2009-cu ildən görülmüşdü.

    Yeganə problem isə planetin Dünyamızdan 2.4 dəfə böyük olmağıdır.Ölçüsünün belə böyük olması səbəbi ilə Kepler 22-b'nin Neptun kimi qaz planeti və ya tamamilə okean ilə örtülü olma ehtimalı var.Yuxarıdakı şəkil isə bir astronomiya dizaynerinin bu planet haqqındakı xüsusiyyətləri birləşdirərək təsvir etdiyi şəkildir.

Kepler teleskopu indiyə qədər Günəş sistemimizdən kənarda  2326 olanet kəşf edib.Bunlardan 139-da həyat kriteriyaları mövcuddur.Kepler 22-b isə dünyadan nə qədər böyük olsa da digər namizədlərdən kiçikdir.Goldilocks cisimləri içərisində ölçüsü və səth temperaturu dünyaya ən yaxın olan,Günəşi isə bizim Günəşimizə ən çox bənzəyən planetdir!

   Bu planet bizdən 600 işıq ili uzaqlıqda yerləşir (1 işıq ili=10trilyon km) [işıq ili haqqında ətraflı İşıq ili nədir? məqaləsində].Səth temperaturu isə 22 dərəcə selsi təşkil edir.


    Şəkildə Kepler 22-b'nin daxil olduğu ulduzun sistemi və Günəş sistemi təsvir olunmuşdur.Yaşıl rəngli yer suyun maye halda qala bilmə ehtimalı olan Goldilocks bölgəsidir.Yuxarıda Kepler 22-b'nin daxil olduğu sistem,aşağıdakı təsvirdə isə dünyanın  daxil olduğu sistemi görə bilərsiniz.Bu şəkildə həm də Kepler 22-b,Dünya Venera,Mars və Merkurinin ölçülərini müqayisə etmək mümkündür.


                                           Mənbə: 1.http://www.acikbilim.com
                                                       2.Wikipedia

29 Aralık 2013 Pazar

, , , , , , , , , , , ,

Goldilocks bölgəsi nədir?

   Goldilocks bölgəsi - üzərində su saxlamaq üçün lazımlı atmosfer təzyiqinə malik olan planet üçün hər hansı ulduz ətrafında teorik olaraq mümkün olan bölgəni şərtləndirən termindir.Başqa sözlə buna "yaşamın sərhəddi" də deyirlər.Anlayışın mahiyyəti maye halda olan suyun yaşamın bütün formaları üçün önəmli olmasından və yer üzündəki həyat üçün əlverişli şəraitlərin birləşdiyi başqa planetlərin kəşf edilməsindən irəli gəlir.Ulduzlararası yaşam bölgəsini ulduzun ətrafındakı fəzanı çevrələyən kürə kimi düşünə bilərsiniz.Bu kürənin içindəki planetin səth temperaturu üzərindəki suyu maye halında saxlamağa imkan verir.

Yaşam bölgəsi (goldilocks) ümumi olaraq həyat üçün əlverişli bölgələri xarakterizə etmək üçün istifadə olunur.Kubalı astrofizik Guillermo Gonzalezin 1995-ci ildə ortaya atdığı hipotezə görə dünya Süd Yolu qalaktikasındakı mövqeyi etibarilə (sadəcə Yer kürəsi üçün yox,yaşam ola biləcək digər planetlər üçün də) qalaktik yaşam bölgəsidir.
Goldilocks planeti dünya kimi həyat şəraitlərinə malik olan planetdir.Ancaq hər hansı bir ekstrim şərait (asteroid hücumu,böyük vulakn püskürməsi və s.) bu planeti goldilocks bölgəsindən kənarlaşdırmaz.

Goldilocks sözü "Goldilocks and three bears" nağılından gəlir.Nağılın baş qəhrəmanı olan qız hər şeyi çox böyük-çox kiçik,çox isti-çox soyuq kimi qruplaşdırır və bunların ortasını tapmağa çalışır.Bizim bəhs etdiyimiz goldilocks bölgəsi də elə həyat üçün ortalama şərtlərdə yerləşir.Kepler süni peykindən gələn məlumata görə bizim qalaktikamız olan Süd Yolu qalaktikasında həyat üçün əlverişli 8.8 milyard  planet var.Bunlardan 54ü isə bu sahədə real namizədlərdir.

Bununla birlikdə,yaşam sərhədləri sabit deyildir.Planetlər ətrafında olduğu ulduzun təsiri ilə dəyişikliklərə məruz qala bilər (hətta dünya belə bir neçə milyard il sonra goldilocks bölgəsi olmayacaq.Səbəbi isə Günəşdə baş verəcək dəyişikliklərdir.).

Goldilocks bölgələri əvvəlcədən seçilmiş yerlər deyildirlər.Bu planetlər və ya ümumi olaraq kosmik ərazilər daxil olduqları ulduz sisteminin keçdiyi təkamül prosesi nəticəsində,fizikanın qanunauyğunluqları sayəsində yaranmışlar.Bu bölgələr istənilən ulduzun ətrafında ola bilər.Belə ki,ulduzlar nə qədər isti və parlaq olursa olsun,onun yaxın ətrafında çox yüksək temperatura malik planetlər yerləşir.Daha uzaqlarda isə getdikcə soyuma başlayır və ulduza yaxın yerlərlə uzaq yerlər arasında bir ortalama bölgə vardır.Bu ortalama bölgə həyat üçün əlverişli şəraitlərə malik ola bilər.

Sizə yaşam üçün ən əlverişli planetlərdən bəzilərini təqdim edirik.Adları belədir : Gliese 581g,Gliese 667Gg,Kepler-22b,HD 40307g,HD 85512b,Tau Ceti e,Gliese 163c,Gliese 581,Tau Ceti f.Bu planetlər haqqında aşağıdakı videodan öyrənə bilərsiniz:
Yaşanm üçün əlverişli planetlərdən danışarkən son olaraq bunu deyə bilərik ki,bu planetlər ən kiçik-dünyanın 2/3-si qədər,ən böyük-dünyadan 10 qat böyük ola bilər.Bunun səbəbləri isə atmosferin səthdə qalması,bərk zəminə malik olmaq və s.-dir.

Aşağıdakı şəkildə isə dünya ilə biraz öncə adlarını çəkdiyimiz Tau Ceti e və Tau Ceti f planetlərinin müqayisəsi aparılmışdır.













, , , , ,

Yupiterin peyki Europa'da həyat izləri


Şəkildə Europa və Yupiter original ölçüləri ilə təsvir edilmişdir.

 Yupiterin Europa (tam olaraq belə yazılır.Europe yox Europa) adlanan peyki bizim peykimiz olan Aydan ölçülərinə görə kiçik olsa da,quruluşu onunku kimi sadə deyil.Diametri 3100km-ə çatır.


Səthi qalın buz təbəqəsiylə örtülü olan Europanın altında dərinliyi 100km-ə çatan geniş su təbəqəsi mövcuddur.Həm üstdəki qalın buz təbəqəsinin yaratdığı təzyiq,həm də Yupiterin yaratdığı qabarma-çəkilmə hadisəsi sayəsində qızan nüvə su təbəqəsinin donmamasını,maye halında qalmasını təmin edir.Belə ki,buz təbəqəsinin altında suyun temperaturu 0 dərəcə olsa da,dərinliyə getdikcə bu temperatur onlarla dərəcə artır.
Dünyada okeanların dibində sualtı vulkanik bacaların olduğu məlumdur.Bu bacalardan Europada da olduğu qənaətinə gəlmək olar.Dünyada okeanların dibindəki həmin bu vulkanik bacaların ətrafında zəngin canlılar aləmi mövcuddur.

Europa Goldilocks bölgəsinə aiddir.Goldilocks həyat izlərinin tapıldığı və ya yaşamın mümkün ola biləcəyi planetlərdir.Bu barədə növbəti məqaləmizdən oxuya bilərsiniz.

Bəs yaxşı, Europada həyat necə mümkün ola bilər?
   -  Europanın səthi çatlarla zəngindir.Bu çatların çoxu 100lərlə km-ə çatır.Asteroid və meteroidlər vasitəsilə səthə düşən maddələr bu çatlar vasitəsilə okeana qarışır (su təbəqəsinə).Həmin bu sızıntının olduğu bölgələr Günəş işığı da aldğından,fotosintez edə bilən bitkilər bu maddələrdən özləri üçün qida maddəsi kimi istifadə edir.Daha dərin və isti təbəqədə yaşayan canlılar isə qabarma-çəkilmə qüvvəsi sayəsində suyun yuxarı təbəqələrinə qalxıb bu bitkilərlə qidalanıb həyatlarını davam etdirir.Bu həyat zəncirini aşağıdakı şəkildə görə bilərsiniz:






































Aşağıdakı şəkildən isə Yer kürəsi,Europa və Ayın müqayisəsini apara bilərsiniz: