İdarəçinin əlavəsi :

Hörmətli Elm Qurdu izləyiciləri!

Artıq bu blogdan deyil, elmqurdu.com saytından fəaliyyətimizi davam etdirəcəyik. Bizi izləməyə davam edin!

Yupiter etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Yupiter etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

2 Mart 2014 Pazar

, ,

Saturn'un kütləsi


       Bəzəkli planet olan Saturn görünüşünə və ölçülərinə görə sistemimizin böyük qardaşı olan Yupiterə bənzəsə də,kütlə olaraq Yupiterdən təxminən 3,5 dəfə kiçikdir.Başqa sözlə,Saturn şişirdilmiş şar kimidir.Təbii ki,hər 2 planeti Dünya ilə müqayisə etsək,ölçülərini daha yaxşı başa düşərik.Saturn Dünyadan 98,Yupiter isə 317 dəfə daha böyük kütləyə sahibdir.

    Tam olaraq eyni şey olmasa da,kütləni ağırlıq kimi fərz edə bilərsiniz.Yəni,Saturn 1 kiloluq topdursa,Yupiter 3,5 kiloluq topdur.Əgər Dünya 1 kiloluq bir top olarsa Yupiter 317, Saturn isə 98 kiloqram olar.

   Yaxın zamanlarda Günəş sistemi seriası olaraq Yupiter və Saturn haqqında geniş məqaləmiz olacaq.



                                                    Mənbə: Kozmik Anafor

29 Aralık 2013 Pazar

, , , , ,

Yupiterin peyki Europa'da həyat izləri


Şəkildə Europa və Yupiter original ölçüləri ilə təsvir edilmişdir.

 Yupiterin Europa (tam olaraq belə yazılır.Europe yox Europa) adlanan peyki bizim peykimiz olan Aydan ölçülərinə görə kiçik olsa da,quruluşu onunku kimi sadə deyil.Diametri 3100km-ə çatır.


Səthi qalın buz təbəqəsiylə örtülü olan Europanın altında dərinliyi 100km-ə çatan geniş su təbəqəsi mövcuddur.Həm üstdəki qalın buz təbəqəsinin yaratdığı təzyiq,həm də Yupiterin yaratdığı qabarma-çəkilmə hadisəsi sayəsində qızan nüvə su təbəqəsinin donmamasını,maye halında qalmasını təmin edir.Belə ki,buz təbəqəsinin altında suyun temperaturu 0 dərəcə olsa da,dərinliyə getdikcə bu temperatur onlarla dərəcə artır.
Dünyada okeanların dibində sualtı vulkanik bacaların olduğu məlumdur.Bu bacalardan Europada da olduğu qənaətinə gəlmək olar.Dünyada okeanların dibindəki həmin bu vulkanik bacaların ətrafında zəngin canlılar aləmi mövcuddur.

Europa Goldilocks bölgəsinə aiddir.Goldilocks həyat izlərinin tapıldığı və ya yaşamın mümkün ola biləcəyi planetlərdir.Bu barədə növbəti məqaləmizdən oxuya bilərsiniz.

Bəs yaxşı, Europada həyat necə mümkün ola bilər?
   -  Europanın səthi çatlarla zəngindir.Bu çatların çoxu 100lərlə km-ə çatır.Asteroid və meteroidlər vasitəsilə səthə düşən maddələr bu çatlar vasitəsilə okeana qarışır (su təbəqəsinə).Həmin bu sızıntının olduğu bölgələr Günəş işığı da aldğından,fotosintez edə bilən bitkilər bu maddələrdən özləri üçün qida maddəsi kimi istifadə edir.Daha dərin və isti təbəqədə yaşayan canlılar isə qabarma-çəkilmə qüvvəsi sayəsində suyun yuxarı təbəqələrinə qalxıb bu bitkilərlə qidalanıb həyatlarını davam etdirir.Bu həyat zəncirini aşağıdakı şəkildə görə bilərsiniz:






































Aşağıdakı şəkildən isə Yer kürəsi,Europa və Ayın müqayisəsini apara bilərsiniz:





28 Aralık 2013 Cumartesi

, , , , , ,

Kosmosdan gələn səslər


 
      Siz kosmosun səssiz bir yer olduğunu zənn edirsiniz.Ancaq bu əslində belə deyil.1977-ci ildə NASA tərəfindən kosmosa göndərilən Voyager kosmik aparatları planetləri araşdıraraq onlardan səslər gəldiyini aşkarlamışlar.Voyager 1 artıq Günəş sistemini tərk etmiş olsa da,Voyager 2 Günəş sistemində qalaraq planetlər ətrafında uçuşlar gerçəkləşdirir.Sizə bəzi planetlərdən,o cümlədən Yer kürəsindən gələn səsləri təqdim edirik.Saturndan gələn səslər bir qədər vahiməlidir.Buna səsəb bu planetin ətrafındakı həlqə şəklində hərəkət edən daş və buz hissəciklərinin olmasıdır.

Saturnun səsi :

Yer kürəsindən gələn səs:

Neptundan gələn səs:

Yupiterdən gələn səs:

Urandan gələn səs: