İdarəçinin əlavəsi :

Hörmətli Elm Qurdu izləyiciləri!

Artıq bu blogdan deyil, elmqurdu.com saytından fəaliyyətimizi davam etdirəcəyik. Bizi izləməyə davam edin!

planet etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
planet etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

25 Mart 2014 Salı

,

Günəbaxan texnologiyası


Yeni kosmik vasitə ilə artıq ən kiçik planetlər belə kəşf oluna biləcək.

Gecə maşınla hərəkət edərkən qarşıdan gələn işıqdan yayınmaq üçün əlinizlə gözünüzü tutursunuz.Bu texnologiyanı da elə başa düşə bilərsiniz.Günəbaxan adlanacaq kosmos teleskopu ulduzlardan gələn işığın təsirini azaldaraq,onların ətrafındakı planetləri görməyimizə kömək olacaq.

10 Şubat 2014 Pazartesi

, , , , , , ,

Bu planetin 1 ili bizim 8.5 saatımıza bərabərdir

       Gün ərzində sizin işdə keçirdiyiniz və ya evdə yataraq keçirdiyiniz vaxtın,700 işıq ili uzaqlıqdakı  planetin 1 ilinə bərabər olduğunu xəyal edin. "Kepler 78b" adlı bu planet öz günəşi (ulduzu) ətrafındakı 1 dövrü sadəcə 8.5 saatda tamamlayır.

    ABŞ-ın Massachusetts Texniki İnstitutundan (MİT) olan elm adamları Dünya ilə eyni ölçülərdəki bu planetin indiyə qədər kəşf olunmuş ən qısa dövr müddətinə sahib olan planetlərindən biri olduğunu bildirdi.Öz günəşinə xeyli yaxın olan Kepler 78b bilinən yaşam üçün əlverişli deyil.Səth temperaturu 2760 dərəcə selsidən çoxdur.Planetin öz ulduzuna olan yaxınlığı Merkurinin Günəşə olan yaxınlığından 40 dəfə daha çox olduğu məlumdur.Səth quruluşunun isə hərəkətdə olan lava okeanından ibarət olduğu düşünülür.Planet tamamilə dəmir elementindən təşkil olunmuşdur.

   Kepler 78b alovlar içindəki səthindəki materialların səbəb olduğu radiasiya kombinasiyalarından əks olunan işıq seli sayəsində elm insanlarının diqqətini çəkmişdir.MİT professorlarından Josh Winn belə qeyd edir:"Əslində bu planetin yox olmama səbəbi onun çox sıx bir kütləyə sahib olmasıdır.Bu xüsusiyyəti planeti daha da inanılmaz edir".

    Planet Cygnus (Siqnyus) ulduz qrupunda yerləşir.Daha da dəqiqləşdirsək,Kepler 78b sistemində olan bu planetin dövr etdiyi günəşinin ətrafında daha 2 planet də var.Ancaq onlardan dünyaya ən çox bənzəyəni elə Kepler 78b-dir.Ətrafında çox zəif şəkildə atmosferi var.

      Bu planet Kepler teleskopundan gələn məlumatlar vasitəsilə kəşf olunub.Teleskop kosmosda yerləşdirilib və ulduzlardan gələn işıqları araşdıraraq onların ətrafında planetlərin olub olmadığını müəyyən edir.Sizə çox mənasız bir vəzifə kimi gələ bilər.Ancaq dünya bənzəri planetləri araşdıraraq,bizə yeni bir evin axtarışını edir.150mindən çox ulduzdan gələn işığı analiz edən bu teleskop,planetlər ulduzun qarşısından keçərkən onların mövcudluğunu təsdiq edə bilir.Bu prosesi lampanın qarşısındakı milçəyin necə kölgə yaratdığını təsəvvür edərək anlaya bilərsiniz.
     Ölçüsü isə dünyanın ölçüslərinə yaxındır demişdik.Belə ki,dünyadan cəmi 20% böyükdür.Yer kürəsinin diametrinin 12742km olduğunu bilirik.Kepler 78b-nin diametri isə 14800km-dir.



                                      Mənbə:  1. Cosmos-Kozmos
                                                   2. apod.nasa.gov

26 Ocak 2014 Pazar

, , , ,

Həyatın mümkün olduğu planet ---- Kepler 22-b


  Kepler 22-b dünya ilə bir çox ortaq xüsusiyyətlərə sahibdir.Bizim Günəşimizə oxşar bir ulduzun ətrafında fırlanır.Ulduza olan uzaqlığı dünyadan Günəşə qədər olan məsafəyə yaxındır.Ulduzu ətrafında 1 tam dövrəni 290 günə tamamlayır.Üzərində su və qayalıqlar olması ehtimalı var.

  2011-ci ilin dekabrında NASAdan bir açıqlama gəldi.Astronomiyada Goldilocks bölgəsi,yəni yaşam sərhəddi olaraq bilinən bölgə - bir ulduzun ətrafındakı həyat göstəriciləri olan normal istilik,atmosfer və maye halında qala biləcək suyun olduğu planetlər və ya peyklərdir[Goldilocks haqqında Goldilocks bölgəsi nədir? məqaləsindən oxuya bilərsiniz].Bu bölgədə yeni bir planet  Kepler 22-b kəşf olunduğu açıqlandı.Əslində bu planet 2009-cu ildən görülmüşdü.

    Yeganə problem isə planetin Dünyamızdan 2.4 dəfə böyük olmağıdır.Ölçüsünün belə böyük olması səbəbi ilə Kepler 22-b'nin Neptun kimi qaz planeti və ya tamamilə okean ilə örtülü olma ehtimalı var.Yuxarıdakı şəkil isə bir astronomiya dizaynerinin bu planet haqqındakı xüsusiyyətləri birləşdirərək təsvir etdiyi şəkildir.

Kepler teleskopu indiyə qədər Günəş sistemimizdən kənarda  2326 olanet kəşf edib.Bunlardan 139-da həyat kriteriyaları mövcuddur.Kepler 22-b isə dünyadan nə qədər böyük olsa da digər namizədlərdən kiçikdir.Goldilocks cisimləri içərisində ölçüsü və səth temperaturu dünyaya ən yaxın olan,Günəşi isə bizim Günəşimizə ən çox bənzəyən planetdir!

   Bu planet bizdən 600 işıq ili uzaqlıqda yerləşir (1 işıq ili=10trilyon km) [işıq ili haqqında ətraflı İşıq ili nədir? məqaləsində].Səth temperaturu isə 22 dərəcə selsi təşkil edir.


    Şəkildə Kepler 22-b'nin daxil olduğu ulduzun sistemi və Günəş sistemi təsvir olunmuşdur.Yaşıl rəngli yer suyun maye halda qala bilmə ehtimalı olan Goldilocks bölgəsidir.Yuxarıda Kepler 22-b'nin daxil olduğu sistem,aşağıdakı təsvirdə isə dünyanın  daxil olduğu sistemi görə bilərsiniz.Bu şəkildə həm də Kepler 22-b,Dünya Venera,Mars və Merkurinin ölçülərini müqayisə etmək mümkündür.


                                           Mənbə: 1.http://www.acikbilim.com
                                                       2.Wikipedia