İdarəçinin əlavəsi :

Hörmətli Elm Qurdu izləyiciləri!

Artıq bu blogdan deyil, elmqurdu.com saytından fəaliyyətimizi davam etdirəcəyik. Bizi izləməyə davam edin!

merkuri etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
merkuri etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

25 Mart 2014 Salı

, ,

Merkuridə su buzu





Orta temperaturu 343 dərəcə selsi olan Merkuridə su buzu tapılıb.

Günəşə çox yaxın məsafədə yerləşən Merkurinin dərin kraterlərində su buzu aşkar olunub.Bunun səbəbi isə kraterlərin çox dərin olması və oraya Günəş şüalarının çata bilməməsidir.Suyun yaranma mənbəyi kimi isə vaxtilə Merkuriyə düşmüş kometalar göstərilir.

Şəkildə gördüyünüz qırmızı yerlər daimi kölgəlik yerlər,yəni günəş işığının çatmadığı bölgələr,sarı yerlər isə orada yaranan buz kristallarıdır.

27 Şubat 2014 Perşembe

, , ,

Seriyanın ilki - Merkuri

Kütləsi ........................................................ 3,3x1023 kg             
Həcmi .......................................................5,95x1019 m3
Diametri............................................................ 4,870 km
Yer çəkimi qüvvəsi ......................................... 3,7 m/s2
Orta dövr sürəti................................................ 48 km/s
Günəşdən orta məsafəsi .................... 58 milyon km
Günəşə ən yaxın məsafəsi ...............46,5 milyon km
Günəşə ən uzaq məsafəsi ............229,4 milyon km
Dünyaya en yaxın məsafəsi ............79,8 milyon km
Orta səth temperaturu ......................................343°C
Peyk sayı.............................................................Yoxdur

  Günəş sistemi məqalələri seriyasına Merkuri ilə başlayırıq.[ Günəş haqqında isə buradan oxuya bilərsiniz - Günəş,onun yaranması və xüsusiyyətləri   ].

    Günəşə ən yaxın və Günəş sisteminin ən kiçik planetidir.Ulduzumuz ətrafında orbiti - eliptikdir.Digər planetlər kimi Merkuri də Günəşdən gələn işıqları əks etdirir.Venera,Mars və Yupiterdən sonra dünyadan ən parlaq görünən planetdir (diqqət edin,ulduz yox planet).Merkuri Utarit olaraq da adlandırılır.Alimlərin fərziyyələrinə görə bu planet də digər günəş sistemi planetləri ilə eyni zamanlarda meydana gəlmişdir.
    Merkuri qatı kürə şəklində olub,diametri 4870km-dir.Bu da dünyanın diametrinin 2/5-nə bərabərdir.Yer çəkimi qüvvəsi burada Dünyadakının 38%-i qədərdir.Yəni dünyada 45kq olan bir insan Merkuridə 17kq-dır.Öz aramızdı,ağır çəkililər üçün ideal yerdir [ :) ] 
   1974-cü ilə qədər Merkuri haqqındakı məlumatlar yalnız teleskop və radar məlumatlarından ibarət idi.29 mart 1974-cü ildə Merkurinin 740km yaxınlığından keçərək orbitə oturan Mariner 10 kosmik aparatı dünyaya şəkillər halında minlərlə informasiya göndərmişdir.Merkuri Günəş ətrafında hər 88 dünya günündə ,öz ətrafında isə hər 59 dünya günündə dövrünü tamamlayır.Başqa sözlə,Merkurinin 1 ili 88günə, 1 günü isə bizim 59 günümüzə bərabərdir.

      Mariner 10 sayəsində Merkurinin atmosferi haqqında da məlumatlar əldə edilmişdir.Bu planetdə atmosfer zəif olsa da mövcuddur.Dünya atmosferinin milyonda birinə bərabərdir.Burada əsas hissəsi heliumdan ibarət olmaq üzrə arqon,neon qazları da mövcuddur.Atmosferindəki helium Günəşə doğru axır.Planetdə nə oksigen,nə karbondioksid,nə də azot vardır.Atmosfer təzyiqi səthdə 1 millibardır.Dünyada isə dəniz səviyyəsində 1000 millibardır.
Mainer 10 kosmik aparatından çəkilmiş görüntü
    Səth temperaturu gündüz 425 dərəcə,gecə isə -175 dərəcə arasında dəyişir.Digər planetlərdə temperatur fərqi bu qədər böyük deyildir.Merkuri səthində də  Ayda olduğu kimi kraterlər,fay xətləri mövcuddur.Ən öyük krater 350km diametrindədir və şimal qütbündə yerləşir.
    Merkuridə maqnit sahəsi çox zəifdir.Ona görə də Günəş küləklərinin təsiri burada çox şiddətli hiss olunur.Yer kürəsində atmosferin ətrafında maqnit sahəsi olduğundan,biz bu hadisədən çox da təsirlənmirik.Merkuridə maqnit sahəsinin gücü 350-700 qamma gücündədir.Dünyada isə bu əmsal 30.000 qammadır.
    Teleskop və ya binokldan baxdıqda aydın olur ki,Merkurinin də mərhələləri var.Yəni tam,yarım  formada görünür.Bunun da səbəbi Merkurinin Günəşlə Dünya arasında yerləşməsidir.
   Merkurinin ətrafında hərəkət edərək onu araşdıran kosmik aparatlardan biri də Messengerdir.Messenger proqramı NASA tərəfindən inkişaf etdirilmişdir.2004-cü ildə Yer kürəsindən göndərildi.Çox yüksək texnolgiya ilə təchiz edildiyindən,Mainer 10-dan daha çox səmərə verəcəyi gözlənilir.



10 Şubat 2014 Pazartesi

, , , , , , ,

Bu planetin 1 ili bizim 8.5 saatımıza bərabərdir

       Gün ərzində sizin işdə keçirdiyiniz və ya evdə yataraq keçirdiyiniz vaxtın,700 işıq ili uzaqlıqdakı  planetin 1 ilinə bərabər olduğunu xəyal edin. "Kepler 78b" adlı bu planet öz günəşi (ulduzu) ətrafındakı 1 dövrü sadəcə 8.5 saatda tamamlayır.

    ABŞ-ın Massachusetts Texniki İnstitutundan (MİT) olan elm adamları Dünya ilə eyni ölçülərdəki bu planetin indiyə qədər kəşf olunmuş ən qısa dövr müddətinə sahib olan planetlərindən biri olduğunu bildirdi.Öz günəşinə xeyli yaxın olan Kepler 78b bilinən yaşam üçün əlverişli deyil.Səth temperaturu 2760 dərəcə selsidən çoxdur.Planetin öz ulduzuna olan yaxınlığı Merkurinin Günəşə olan yaxınlığından 40 dəfə daha çox olduğu məlumdur.Səth quruluşunun isə hərəkətdə olan lava okeanından ibarət olduğu düşünülür.Planet tamamilə dəmir elementindən təşkil olunmuşdur.

   Kepler 78b alovlar içindəki səthindəki materialların səbəb olduğu radiasiya kombinasiyalarından əks olunan işıq seli sayəsində elm insanlarının diqqətini çəkmişdir.MİT professorlarından Josh Winn belə qeyd edir:"Əslində bu planetin yox olmama səbəbi onun çox sıx bir kütləyə sahib olmasıdır.Bu xüsusiyyəti planeti daha da inanılmaz edir".

    Planet Cygnus (Siqnyus) ulduz qrupunda yerləşir.Daha da dəqiqləşdirsək,Kepler 78b sistemində olan bu planetin dövr etdiyi günəşinin ətrafında daha 2 planet də var.Ancaq onlardan dünyaya ən çox bənzəyəni elə Kepler 78b-dir.Ətrafında çox zəif şəkildə atmosferi var.

      Bu planet Kepler teleskopundan gələn məlumatlar vasitəsilə kəşf olunub.Teleskop kosmosda yerləşdirilib və ulduzlardan gələn işıqları araşdıraraq onların ətrafında planetlərin olub olmadığını müəyyən edir.Sizə çox mənasız bir vəzifə kimi gələ bilər.Ancaq dünya bənzəri planetləri araşdıraraq,bizə yeni bir evin axtarışını edir.150mindən çox ulduzdan gələn işığı analiz edən bu teleskop,planetlər ulduzun qarşısından keçərkən onların mövcudluğunu təsdiq edə bilir.Bu prosesi lampanın qarşısındakı milçəyin necə kölgə yaratdığını təsəvvür edərək anlaya bilərsiniz.
     Ölçüsü isə dünyanın ölçüslərinə yaxındır demişdik.Belə ki,dünyadan cəmi 20% böyükdür.Yer kürəsinin diametrinin 12742km olduğunu bilirik.Kepler 78b-nin diametri isə 14800km-dir.



                                      Mənbə:  1. Cosmos-Kozmos
                                                   2. apod.nasa.gov