İdarəçinin əlavəsi :

Hörmətli Elm Qurdu izləyiciləri!

Artıq bu blogdan deyil, elmqurdu.com saytından fəaliyyətimizi davam etdirəcəyik. Bizi izləməyə davam edin!

16 Ocak 2015 Cuma

Europanın görüntüsü yeniləndi



Yupiterin buzlaqlarla örtülmüş əsrarəngiz peyki Europa,yeni bir görünüşə qovuşub.NASA JPL bölməsindən alimlər,Galileo kosmik cihazı tərəfindən çəkilən fotoşəkilləri redaktə edərək Europa'nın 'yeni versiyasını' hazırlayıb.NASA tərəfindən Europa'nın 'ən yüksək keyfiyyətli görüntüsü' olduğu bildirilən fotoşəkil,Galileonun Yupiter orbitində sırasıyla birinci və 14-cü dönüşünü reallaşdırdığı 1995 və 1998-ci illərdə çəkilən fotoşəkillərlə vasitəsilə yaradılıb.
Buzlaq səthi gerçək rənglə örtən alimlər,Europa'nın adi gözlə baxıldığında görünəcək halını ortaya çıxarıb.Şəkil,gələcəkdə bəşəriyyətin evlərindən biri ola biləcəyi düşünülən Europa'nın uzun xətlərə və çatlaqlara sahib səthini də dəqiq bir şəkildə gözlər önünə sərib.
İnfraqırmızı,yaşıl və bənövşəyi filtrlərdən keçirilən fotoşəkillər,Günəş sistemindəki ən düzgün səthə malik göy cisimlərindən biri olan Europa'nın görünüşünü ən son halına gətirmək üçün işıq və rəng tənzimləmələrindən də keçib.
NASA,özündə həyat saxlamaq ehtimalının yüksək qəbul etdiyi Europa ilə əlaqədar araşdırmaları üçün ən son olaraq ABŞ Konqresindən büdcə sözü almışdı.

Mənbə : NASA, Al Jazeera

0 yorum:

Yorum Gönder